Bəzi Avropa ölkələrindən İrana sərt xəbərdarlıq - “Dəhşətə gəldik”

Bəzi Avropa ölkələrindən İrana sərt xəbərdarlıq - “Dəhşətə gəldik”

Hazırda oxunan: Bəzi Avropa ölkələrindən İrana sərt xəbərdarlıq - “Dəhşətə gəldik”

599108

Almaniya, Fransa və Britaniya liderləri İranı Yaxın Şərqdəki müttəfiqlərinə hücum etməyə davam edəcəyi təqdirdə hərbi əməliyyatlarla hədələyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti tərəfindən yayılan "Avropa üçlüyünün" dövlət və hökumət başçılarının birgə bəyanatında bildirilib.

"Biz İranı hücumlarını dərhal dayandırmağa çağırırıq, öz maraqlarımızı və regiondakı müttəfiqlərimizin maraqlarını qorumaq üçün lazımi tədbirləri görəcəyik.

Buraya potensial olaraq, zərurət yarandıqda, İranın raket və dronları birbaşa mənbəyinə atmaq qabiliyyətinin qarşısını almaq üçün mütənasib hərbi müdafiə tədbirlərinin görülməsi ehtimalı da daxil ola bilər. Biz bu məsələdə ABŞ və onun regiondakı müttəfiqləri ilə əməkdaşlıq etmək barədə razılığa gəldik", - deyə bəyanatda bildirilib.

"Aİ3" liderləri İranın bölgədəki hədəflərə, o cümlədən ABŞ və İsrailin ilkin hərbi əməliyyatlarında iştirak etməyən bəzi ərazilərə raket zərbələrindən şoka düşdüklərini bildiriblər.

“Fox News” isə insayder məlumatlara istinadən məlumat yayıb ki, adı açıqlanmayan daha 3 ölkə anti-İran koalisiyasına qoşulmağa və İrana zərbələr endirməyə hazırlaşır.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO