Əraqçi: “Trampı oyuna gətirdilər, haqsız hücuma sövq etdilər”

Əraqçi: “Trampı oyuna gətirdilər, haqsız hücuma sövq etdilər”

Hazırda oxunan: Əraqçi: “Trampı oyuna gətirdilər, haqsız hücuma sövq etdilər”

599094

“ABŞ Prezidentinə demək lazımdır: Heç bir digər ölkəyə qarşı təcavüz etməyin”.

Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “ABC News”a müsahibəsində deyib:

“Özümüzü qoruyuruq və müdafiə üçün bütün qanuni hüquqlarımız var. Bu, sadəcə özünümüdafiə əməliyyatıdır. ABŞ Prezidentinə demək lazımdır: “Heç bir digər ölkəyə qarşı təcavüz etməyin”. Heç kim bizə “özünüzü qorumaq hüququnuz yoxdur” deyə bilməz. Biz özümüzü qoruyuruq, lazım olanı edirik və xalqımızı müdafiə etmək üçün heç bir sərhəd qoymuruq.”

Nazir zərbələrin infrastruktura vurduğu ziyanı belə şərh edib:

“Şübhəsiz, bəzi komandirlərimizi itirdik, bu faktdır və adları artıq açıqlanıb. Digər bir fakt isə odur ki, hərbi qabiliyyətimiz heç nə itirməyib”.

O, İran ordusunun cavab sürətini 2025-ci ildə İsraillə yaşanan 12 günlük müharibə ilə müqayisə edərək deyib:

“Ordu yerindədir və ölkəmizi müdafiə edəcək qədər bacarıqlıdır. 12 günlük müharibə ilə müqayisədə həm keyfiyyət, həm də miqyas baxımından daha hazırlıqlıdırlar”.

O, ABŞ ilə danışıqlar yolu ilə razılığa gəlmək variantına belə cavab verib:

“Son 12 ayda ABŞ ilə iki dəfə danışıqlar apardıq, hər iki halda da danışıqların ortasında bizə hücum etdilər. Bu bizim üçün çox ağrılı bir təcrübə oldu. Sülh, diplomatiya və danışıqlara qarşı olanlar, diplomatiya yaxşı gedəndə bunu pozmağa qərar verdilər və mediada İran İslam Respublikasına qarşı provokasiya yaratdılar. Bizə qarşı çoxsaylı ittiham və dezinformasiya yayıldı. Nəticədə istədiklərinə çatdılar. Trampı oyuna gətirdilər və səbəbsiz, haqsız hücuma sövq etdilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO