İran “USS Abraham Lincoln” aviadaşıyıcısını vura bilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yayıb.
Bildirilir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) aviadaşıyıcının ballistik raketlərlə vurulduğunu iddia etsə də, bu məlumat həqiqəti əks etdirmir.
“İranın SEPAH qurumu ‘USS Abraham Lincoln’ aviadaşıyıcısına ballistik raketlərlə zərbə endirdiyini bildirir. Bu, yalandır. Aviadaşıyıcı vurulmayıb. Buraxılan raketlər ona yaxın belə düşməyib. Gəmi CENTCOM-un İran rejiminin yaratdığı təhdidləri aradan qaldırmaq məqsədilə davam edən əməliyyatları çərçivəsində təyyarələr buraxmağı davam etdirir”, – deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, daha əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-a məxsus aviadaşıyıcının dörd ballistik raketlə vurulduğunu iddia etmişdi.
Hazırda tərəflərin açıqlamaları bir-birini təkzib edir. Məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və vəziyyətin inkişafı izlənilir.
Bizim.Media






























































































