İranın yeni rəhbərliyi Trampla razılığa gəlib?

İranın yeni rəhbərliyi Trampla razılığa gəlib?

Hazırda oxunan: İranın yeni rəhbərliyi Trampla razılığa gəlib?

599060

ABŞ Prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin Vaşinqtonla danışıqlara başladığını iddia edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Fox News"a bildirib.

"Onlar danışmaq istəyirlər və mən də danışmağa razı oldum, ona görə də onlarla əlaqə saxlayacağam. Bunu daha əvvəl etməli idilər. Çox praktik və asan bir şey etməli idilər. Çox gözlədilər", - deyə Tramp bildirib.

Prezident qeyd edib ki, əməliyyat başladıqdan sonra İranın hazırkı rəhbərliyi özü əlaqə qurmaq təşəbbüsünü göstərib.

İran tərəfi ilə danışıqların bu gün, yoxsa sabah baş tutacağı birbaşa soruşulduqda, Tramp "Bunu sizə deyə bilmərəm" cavabını verib.

Ağ Ev rəhbəri, həmçinin Vaşinqtonla danışıqlarda Tehranın adından ölkənin maraqlarını kimin təmsil edəcəyini də dəqiqləşdirməkdən imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO