Zelenski Putinə meydan oxudu:

Zelenski Putinə meydan oxudu: "Biz heç kimdən qorxmuruq"

Hazırda oxunan: Zelenski Putinə meydan oxudu: "Biz heç kimdən qorxmuruq"

0:00
0:00
59906

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ mətbuatının fevralın 16-da Rusiyanın Ukraynanı işğal edəcəyi xəbərə münasibət bildirib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, V.Zelenski ölkəsinin hər şeyə hazır olduğunu deyib:

"Biz bilirik ki, hər an Rusiyanın hücumu ehtimalı ilə bağlı sürprizlərlə qarşılaşa bilərik. Özümüzə güvənirik. Biz başa düşürük ki, bu cür təşəbbüslər əvvəlcədən xəbərdarlıq edilmədən baş verəcək. Ona görə də hər şeyə hazır olmağa çalışırıq. İstənilən tərəfdən, istənilən sərhəddən istənilən addıma hazırıq. Hesab edirəm ki, bizim ekspertlər, kadrlar, nazirliklər, hərbçilər çox ciddi səviyyədə işləyirlər. Eyni zamanda, sərhəd ərazilərimizdə də təlimlərimiz olacaq. Planla hərəkət edirik. Ona görə də heç kimdən qorxmuruq, panikaya düşməyin, hər şey nəzarət altındadır”, - deyə Zelenski bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO