Atlarından məhrum oldu, itlərlə vaxt keçirir

Atlarından məhrum oldu, itlərlə vaxt keçirir

Hazırda oxunan: Atlarından məhrum oldu, itlərlə vaxt keçirir

598276

Böyük Britaniya kralı III Karlın qardaşı, maliyyəçi Jeffrey Epşteyn ilə bağlı qalmaqaldan sonra titullarından məhrum edilən şahzadə Endryu artıq atçılıqla məşğul ola bilmir.

Bizim.Media xəbər verir ki, bu barədə The Sun nəşri məlumat yayıb.
 

Mənbənin bildirdiyinə görə, qalmaqaldan və hüquqi proseslərdən sonra şahzadə faktiki olaraq evə qapanıb. Onun əsas yoldaşları itləridir, o cümlədən mərhum anası kraliça II Yelizavetaya məxsus olan korgi (kiçikboylu) itləri.


Xatırladaq ki, 2019-cu ildə Endryu amerikalı hüquq müdafiəçisi Virginia Giuffrenin ittihamlarından sonra kral ailəsinin üzvü kimi rəsmi vəzifələrindən imtina etmişdi. 2022-ci ildə isə o, Giuffre ilə məhkəmədənkənar razılaşma əldə etmişdi.

Həmin il kraliça II Yelizaveta şahzadəni hərbi rütbələrindən və ictimai təşkilatların himayədarı rolundan məhrum etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO