İlon Mask bir gündə milyardlar itirdi

İlon Mask bir gündə milyardlar itirdi

Hazırda oxunan: İlon Mask bir gündə milyardlar itirdi

5976

İlon Maskın sərvəti bir gündə 8,8 milyard ABŞ dolları azalıb.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, bu, şirkətin S&P 500 indeksinə qoşulduğu ilk gün “Tesla” səhmlərinin satışından sonra baş verib.

21 dekabrda onun sərvəti 144,7 milyard dollar olaraq qiymətləndirilib. İndi o, dünyanın ən varlı adamları siyahısında üçüncü yerə qayıdıb.

“Forbes” xəbər verir ki, Mask hələlik Bill Qeytsi qabaqlayır, lakin Ceff Bezos və Bernard Arnodan geri qalır.

Bazar ertəsi günü “Tesla” S&P 500 indeksinə daxil edilib, lakin ilk ticarət günündə o səhmlərin 6,5 %-ni itirib. Səhmlərin satılması koronavirusun yeni ştammı təhlükəsinə görə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO