Putinin sinif yoldaşı Viktor Xmarin (yaralı) və Solntsevo mütəşəkkil cinayətkar dəstəsinin əsas fiquru olan Viktor Averinin (vəfat edən) iştirak etdiyi qayıq qəzası ilə bağlı cinayət işi dayandırılıb.
Bizim.Media yerli KİV-ə istinadən xəbər verir ki, buna səbəb rəhbərlik tərəfindən müstəntiqlərə qayıqda olan sərnişinləri dindirməyi qadağan etməsidir.
Xatırladaq ki, qəza 2025-ci il 20 dekabr axşamı baş verib və ertəsi gün Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsi (yol hərəkəti təhlükəsizliyi qaydalarının və daxili su nəqliyyatının istismarının pozulması, səhlənkarlıq nəticəsində bir nəfərin ölümünə səbəb olma) ilə cinayət işi açılıb. Averinin cəsədinin autopsiyası tez bir zamanda aparılıb, texniki və digər ekspertizalar təyin edilib.
Lakin qəzanın bütün təfərrüatlarını müəyyən etmək üçün birbaşa şahidlər və iştirakçılar dindirilməlidir. Əsas versiyaya görə, qayıq qaranlıqda buz parçasına çırpılıb çevrilib və bütün sərnişinlər buzlu suya atılıb. Averin hipotermiyadan ölüb.
Sərnişinlər arasında ən diqqət çəkən şəxs Putinin sinif yoldaşı və yaxşı dostu olan Viktor Xmarindir. Müstəntiqlərin şahidləri dindirməsinə icazə verilməməsinin başqa bir səbəbi də var. 76 yaşlı Xmarin tək olmayıb, 18 yaşlı sevgilisi Yekaterina Leonova ilə qayıda imiş.
Qəzadan dərhal sonra qayıqda olan hər kəs sosial mediadan yoxa çıxıb və hətta ani mesajlaşma tətbiqlərində belə yox olublar.
Xatırladaq ki, qayıq sərnişinləri bunlar idi:
Averin Viktor Sergeyeviç – mərhum;
Viktor Nikolayeviç Xmarin, 1949-cu il təvəllüdlü; (Vladimir Putinin sinif yoldaşı)
Dmitri Leonidoviç Perekatov, 18 fevral 1970-ci il təvəllüdlü (Khmarin & Partners şirkətində vəkil)
İvan İvanoviç Abramuşin, 16 oktyabr 1990-cı il təvəllüdlü; (Qazaxıstanda anadan olub, Olimpiya Ehtiyatları Məktəbində qeydiyyatda olub, ehtimal ki, cangüdən)
Şəmistan İsmayıl oğlu Əliyev, 26 iyul 1964-cü il təvəllüdlü; (Xmarinə yaxın olan azərbaycanlı iş adamı)
Yekaterina Andreyevna Leonova, 26 aprel 2007-ci il təvəllüdlü (Tula vilayətindən model). (Modern.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:32 / 27.01.2026
Kriminal avtoritet öldü, azərbaycanlı biznesmen sağ qaldı - DETALLAR
Hazırda oxunan: Kriminal avtoritet öldü, azərbaycanlı biznesmen sağ qaldı - DETALLAR
Hazırda oxunan: Kriminal avtoritet öldü, azərbaycanlı biznesmen sağ qaldı - DETALLAR
592974
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































