Tramp: Danimarka Rusiyanın Qrenlandiya üçün yaratdığı “təhlükəni” aradan qaldıra bilmədi

Tramp: Danimarka Rusiyanın Qrenlandiya üçün yaratdığı “təhlükəni” aradan qaldıra bilmədi

Hazırda oxunan: Tramp: Danimarka Rusiyanın Qrenlandiya üçün yaratdığı “təhlükəni” aradan qaldıra bilmədi

591491

ABŞ Prezidenti Donald Tramp Danimarka hökumətinin son 20 il ərzində Qrenlandiya üçün guya Rusiya tərəfindən yaranan təhlükəni aradan qaldıra bilmədiyini iddia edib.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində yazıb.
 

“20 il ərzində NATO Danimarkaya deyirdi: ‘Siz Qrenlandiya üçün Rusiya təhlükəsini aradan qaldırmalısınız’. Təəssüf ki, Danimarka bununla bağlı heç nə edə bilmədi. İndi isə vaxt çatıb və bu məsələ həll olunacaq”, – deyə o, qeyd edib.


Tramp bildirib ki, ABŞ Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçdən idxal olunan mallara 10 faiz rüsum tətbiq etməyə başlayacaq. Bu rüsumlar tərəflər Vaşinqtonun Qrenlandiyanı “tam və qəti şəkildə əldə etməsi” ilə bağlı razılaşmaya gələnədək qüvvədə qalacaq. Qərar fevralın 1-dən qüvvəyə minəcək, iyunun 1-dən etibarən isə rüsum dərəcəsi 25 faizə yüksələcək.

Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir.

1951-ci ildə Vaşinqton və Kopenhagen NATO çərçivəsində müttəfiqlik öhdəliklərinə əlavə olaraq adanın müdafiəsi haqqında saziş imzalayıblar. Həmin sazişə əsasən, ABŞ Qrenlandiyanı mümkün xarici təcavüzdən qorumaq öhdəliyini üzərinə götürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO