Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

Hazırda oxunan: Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

591456

Avropa təzyiqə təslim olacaq və Qrenlandiya ABŞ-nin nəzarətinə keçəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya birbaşa investisiya fondunun rəhbəri Kirill Dmitriyev "X" hesabında yazıb.

"Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək, transatlantik birlik bəlkə də müəyyən dərəcədə bərpa olunacaq", - deyə o yazıb.

Qeyd edək ki, yanvarın 17-də ABŞ Prezidenti Donald Tramp Truth Social-dakı paylaşımında ABŞ-ın Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçə qarşı 10% tarif tətbiq etməyə başlayacağını və Vaşinqtonun Qrenlandiyanın tam şəkildə satın alınması barədə razılığa gələnə qədər bu tariflərin qüvvədə qalacağını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO