Suriyada atəşkəs ELAN EDİLDİ

Suriyada atəşkəs ELAN EDİLDİ

Hazırda oxunan: Suriyada atəşkəs ELAN EDİLDİ

591433

Suriyanın lideri Əhməd əş-Şaraa ölkənin şimal-şərqində atəşkəs elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Əş-Şaraa Suriya Demokratik Qüvvələri (SDQ) ilə əldə olunmuş razılaşmanın müddəalarının icrasına imkan yaratmağa çağırıb.
 

O, həmçinin SDQ rəhbəri Mazlum Abdi ilə bu günə planlaşdırılan görüşün “əlverişsiz hava şəraiti” səbəbindən sabaha təxirə salındığını bildirib.


Əş-Şaraa vurğulayıb ki, Suriya dövləti vahiddir və SDQ ilə bağlı bütün həllini tapmamış məsələlər nizamlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO