İstanbulda qar fırtınası: Uçuşlar ləğv edildi

İstanbulda qar fırtınası: Uçuşlar ləğv edildi

Hazırda oxunan: İstanbulda qar fırtınası: Uçuşlar ləğv edildi

591429

İstanbulun bütün rayonlarına mövsümün ilk güclü qarı yağıb.

Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bazar günü günortadan sonra şəhərin əksər əraziləri ağ örpəyə bürünüb.
 

Qar güclü küləklə müşayiət olunur. Sinoptiklər hər kvadratmetrə 3-7 kq qar yağacağını proqnozlaşdırırlar. Onlar nəqliyyatda mümkün fasilələr barədə xəbərdarlıq edirlər.


Fırtına İstanbulun şərqindəki Sabiha Gökçen Hava Limanında 38 uçuşun ləğvinə səbəb olub.

Türkiyənin Meteorologiya Baş İdarəsi bazar və bazar ertəsi günləri Mərmərə dənizi yaxınlığında saatda 75 km-ə qədər sürətlə qasırğa gücündə külək təhlükəsi barədə xəbərdarlıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO