Fenomen Merve Sanay narkotik araşdırması çərçivəsində saxlanıldı - FOTO

Fenomen Merve Sanay narkotik araşdırması çərçivəsində saxlanıldı - FOTO

Hazırda oxunan: Fenomen Merve Sanay narkotik araşdırması çərçivəsində saxlanıldı - FOTO

590944

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı dərinləşir. Sosial mediada 3,7 milyon izləyicisi olan fenomen Merve Sanay da istintaq çərçivəsində saxlanılıb.

Bizim.Media xəbər verir ki, istintaqda şübhəlilərə narkotik maddə saxlama, istifadəsini asanlaşdırma və fahişəliklə bağlı ittihamlar irəli sürülür.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən tanınmış şəxslərə yönəlmiş narkotik istintaqında gərgin saatlar yaşanır.

MERVE SANAY KİMDİR?

Merve Sanay 1996-cı ildə İstanbulda anadan olub. Fit bədən quruluşu ilə diqqət çəkən Merve Sanay 1,78 sm boyunda, 58 kiloqramdır. O, DJ kimi fəaliyyət göstərir. Periscope və Instagram hesablarında geniş auditoriyaya malik olan Sanay paylaşımları ilə tez-tez gündəmə gəlir. Onun Instagram izləyici sayı 4 milyona yaxındır. Merve Sanay “Türk Lokumu” adlı film üçün kamera qarşısına keçmişdi.

NƏ BAŞ VERMİŞDİ?

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqı çərçivəsində 8 oktyabr 2025-ci ildən bu yana bir çox əməliyyat həyata keçirilib. Musiqiçi, menecer, iş adamı və ictimaiyyətə tanış olan bir çox şəxs ifadə verib, narkotik üçün qan və saç nümunələri təqdim edib.

SUBAŞI VƏ TİLKİNİN TESTLƏRİ MÜSBƏT ÇIXMIŞDI

Saxlanıldıqdan sonra saç və qan nümunələri götürülərək sərbəst buraxılan şəxslərdən Şeyma Subaşı və Aleyna Tilkinin test nəticələri müsbət çıxıb. Aktrisa İrem Sak, Danla Bilic adı ilə tanınan sosial media fenomeni Neslihan Damla Aktepe, Eser Gökhan Küçükerol, Saim Macit və Mehmet Güçlünün nəticələri isə mənfi olub.

İstintaqda şübhəlilərə “istifadə məqsədilə narkotik maddə saxlama”, “narkotik maddə istifadəsini asanlaşdırma”, “yer təmin etmə”, “fahişəliyə təşviq”, “fahişəliyə vasitəçilik” və “fahişəlik üçün yer təmin etmək” kimi ittihamlar irəli sürülür.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO