Ukraynanın zərbələri Rusiyanı çətin DURUMA SALDI – Moskva sülh danışıqlarından imtina edə bilər – ÖZƏL

Ukraynanın zərbələri Rusiyanı çətin DURUMA SALDI – Moskva sülh danışıqlarından imtina edə bilər – ÖZƏL

Hazırda oxunan: Ukraynanın zərbələri Rusiyanı çətin DURUMA SALDI – Moskva sülh danışıqlarından imtina edə bilər – ÖZƏL

590870

Rusiya-Ukrayna müharibəsi fonunda diqqət çəkən mənzərə yalnız hərbi obyektlərə qarşı deyil, müxtəlif infrastrukturada zərbələrin endirilməsidir. Xüsusən də, Ukrayna ordusu son dövrlərdə davamlı olaraq Rusiyanın neft obyektlərini hədəf alır.

Son olaraq, Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində Rusiyanın “Lukoil” şirkətinə məxsus üç qazma qurğusunu məhv edib.

Bəs bu kimi hücumlar Rusiyanın enerji təminatına necə təsir edir?

Mövzu ilə bağlı Bizim.Media-nın Rusiyanın Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev cavablandırıb.

Rubayev hesab edir ki, xeyli sayda neft obyektləri zərər görüb:

“Təəssüf ki, Kiyev Rusiyada sabitliyi pozmağa və ölkənin iqtisadi potensialını sarsıtmağa yönəlmiş destruktiv fəaliyyətini davam etdirir. Bütün bunlar, münaqişənin həll yollarının axtarıldığı danışıqlar fonunda baş verir. Rusiya neft infrastrukturuna endirilən zərbələr, Rusiyanı zəiflətmək, xüsusi hərbi əməliyyatlar aparmaq və ölkə daxilində sabitliyi qorumaq üçün lazım olan resurslardan məhrum etmək cəhdidir. Bu kimi üsullar sülhə doğru səmimi niyyətin göstəricisi deyil”.

Rubayev hesab edir ki, Ukrayna suverenliyini itirərək xarici siyasətini Qərbə təhvil verib və nəticədə anti-Rusiya platformasına çevrilib:

“Bu baxımdan Ukraynanın Rusiyanın enerji obyektlərinə zərbə endirmək qərarını müstəqil şəkildə verməsi inandırıcı deyil. Bunun arxasında kollektiv Qərb dayanır. Təəssüf ki, bu da münaqişənin tezliklə başa çatacağına ümid vermir. Zərərin miqyasına gəldikdə isə, əlbəttə, real zərər var və bu Rusiya iqtisadiyyatı üçün ağır zərbədir. Eyni zamanda, Rusiya hakimiyyəti bu barədə dəqiq məlumatı açıqlamaq istəmir. Ona görə ki, sözügedən açıqlamalar Ukraynanı və onun sponsoru olan qüvvələri yeni hücumlara təşviq edə bilər. Artıq yanacaqla bağlı müəyyən çətinliklər də müşahidə olunub. Bu, yanacaq böhranı deyil, lakin nəticələri inkar etmək olmaz”.

Analitikin fikrincə, strateji obyektlərə, xüsusilə də neft-qaz sektoruna edilən zərbələr bütün postsovet məkanının iqtisadiyyatına mənfi təsir göstərir.

“Bu, təkcə Rusiyada deyil, qonşu ölkələrdə də tədarük zəncirinə, enerji qiymətlərinə və nəticədə inflyasiyaya səbəb olur. Rusiya artıq bu cür hücumlara adaptasiya olunub və bir çox hallarda onların qarşısı alınır. Eyni zamanda, iqtisadiyyat da diversifikasiya olunub. Amma unutmaq olmaz ki, Rusiya öz infrastrukturunu qorumaq üçün bütün lazımi addımları ata bilər. Əgər bu hücumlar kütləvi hal alarsa, təəssüf ki, münaqişənin coğrafiyası genişlənə bilər. Bu zaman artıq sülh danışıqlarından danışmaq mümkün olmayacaq”.

Rubayev qeyd edib ki, mütəxəssislər bu hücumların nəticələrini operativ şəkildə aradan qaldırır və gələcəkdə onların qarşısını almaq üçün tədbirlər görürlər.

“Sonda onu demək lazımdır ki, istənilən hərbi və iqtisadi təzyiqlərin əsas zərbəsini sadə insanlar çəkir. Bu səbəbdən, postsovet məkanında sülh yolu ilə nizamlama və mehriban qonşuluq münasibətlərinin bərpası regionda rifah və sabitliyin əsas yoludur”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO