İranda iqtisadi problemlər səbəbindən başlayan etirazlar 18-ci günündə də davam edir.
Bizim.Media xəbər verir ki, İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) etirazlar zamanı həyatını itirənlərin sayının 2 615-ə yüksəldiyini açıqlayıb. Məlumata görə, 18 470 nəfər saxlanılıb.
HRANA-nın yaydığı məlumata əsasən, etirazlar zamanı 2 054 nəfər yaralanıb, 18 470 nəfər isə gözaltına alınıb. Aksiyalar 28 dekabr 2025-ci ildə yerli valyutanın dəyərdən düşməsi və iqtisadi çətinliklər fonunda Tehranın Böyük Bazarında başlayıb və qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb.
İran rəsmiləri etirazlarda ölən və yaralananların ümumi sayı ilə bağlı indiyədək rəsmi açıqlama verməyib.
Xatırladaq ki, İranda 28 dekabr 2025-ci ildə yerli valyutanın xarici valyutalara nisbətdə kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Tehranın Böyük Bazarında başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb.
8 yanvar tarixində Tehranda etirazların şiddətlənməsindən sonra ölkə rəhbərliyi internetə çıxışı məhdudlaşdırıb.

Bizim.Media

- A-
- A
- A+
Dünya
09:20 / 15.01.2026
Qonşu ölkə qan gölünə döndü: Etirazlarda ölənlərin sayı 2 615-ə yüksəldi – FOTO/VİDEO
Hazırda oxunan: Qonşu ölkə qan gölünə döndü: Etirazlarda ölənlərin sayı 2 615-ə yüksəldi – FOTO/VİDEO
Hazırda oxunan: Qonşu ölkə qan gölünə döndü: Etirazlarda ölənlərin sayı 2 615-ə yüksəldi – FOTO/VİDEO
590851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































