Çində robot YOL POLİSLƏRİ - FOTO

Çində robot YOL POLİSLƏRİ - FOTO

Hazırda oxunan: Çində robot YOL POLİSLƏRİ - FOTO

590564

Çinin Anhuy əyalətinin Uhu şəhərində “ağıllı robot” yol polisləri xidmətə başlayıb.

Bizim.Media xəbər verir ki, robot polislər şəhərin qaynar küçələrində yol hərəkətinin idarə olunmasında iştirak edir.

Xüsusi rütbələri də olan robotlar həmkarları polislərlə birgə xidmət aparır. Robot yol polisi kiçik mobil platformaya bərkidilib ki, bu da ona təyin olunmuş yerə hərəkət etməyə, bütün istiqamətlərdən nəqliyyatın hərəkətini idarə etməyə imkan verir.

Uhu yol polisi idarəsinin zabiti Cian Cihao bildirib ki, nəqliyyatın intellektual idarəetmə sisteminə qoşulan robot polislər həmkarları ilə sıx əməkdaşlıq edərək yol hərəkətini avtonom şəkildə istiqamətləndirə bilir. O, mühərriksiz nəqliyyat vasitələrinin qayda pozuntularını da müəyyən etməyi bacarır.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO