İrana hücum iddialarına İsraildən REAKSİYA – ÖZƏL

İrana hücum iddialarına İsraildən REAKSİYA – ÖZƏL

Hazırda oxunan: İrana hücum iddialarına İsraildən REAKSİYA – ÖZƏL

590514

“İranda baş verən etirazlar həqiqətən uzunmüddətli və sistemli xarakter alıb. Bu amil Vaşinqton tərəfindən daim nəzarətdə saxlanılır. Lakin hazırkı mərhələdə görünən odur ki, ABŞ birbaşa hərbi müdaxilə yolu ilə sürətli rejim dəyişikliyi ssenarisini nəzərdən keçirmir.

Bunun səbəbi qüvvə və ya resurs çatışmazlığı deyil, belə bir addımın demək olar ki, qaçılmaz şəkildə uzunmüddətli müharibəyə və ölkə daxilində xaosa gətirib çıxaracağının dərk edilməsidir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli politoloq, siyasi elmlər namizədi, "Aziznews.com" saytının redaktoru Yuri Boçarov deyib.

ABŞ hücum yox, təzyiq etmək istəyir

İrandakı etiraz aksiyalarını, İsrailin mümkün müdaxiləsini, müharibə atmosferini şərh edən analitik, hazırda vəziyyətin getdikcə daha da mürəkkəbləşdiyinə diqqət çəkib.

 

“Bu baxımdan İran daha da mürəkkəb bir nümunədir. İran dayanıqlı idarəetmə sisteminə malik böyük dövlətdir. Ordu, xüsusi xidmət orqanları, ruhani təbəqə və iqtisadi qruplar arasında sıx əlaqə mövcuddur, eyni zamanda ideoloji səfərbərlik səviyyəsi yüksəkdir. Məhz buna görə də Vaşinqtonda bu gün, görünür, inqilabi ssenariyə deyil, idarə olunan təzyiqə və siyasi çıxış yollarının axtarışına üstünlük verilir.

 

Bütün sistemin çökməsinə yol vermədən danışıqlar aparmaq və kursu dəyişmək imkanlarını yoxlamaq cəhdlərini istisna etmək olmaz. Böyük ehtimalla, bu cür cəhdlər artıq mövcuddur”.

Boçarov qeyd edib ki, bu məntiq çərçivəsində etirazlar hakimiyyətin dərhal devrilməsi aləti kimi deyil, danışıqlarda mövqeləri gücləndirən və İran rəhbərliyinin manevr imkanlarını məhdudlaşdıran təzyiq faktoru kimi qiymətləndirilir.

“Gərginlik arta bilər və artacaq, lakin ABŞ tərəfindən aktiv güc tətbiqi böyük ehtimalla, genişmiqyaslı münaqişə və regional sabitliyin pozulması olmadan hakimiyyət konfiqurasiyasının dəyişməsi şansı qaldığı müddətcə, cilovlanacaq”.

Yaxın gələcəkdə İsrailin İrana hücum edəcəyi gözlənilirmi?

Analitik bildirir ki, hazırda İsrailin yaranan vəziyyətdən istifadə edərək İrana hücumları gözlənilmir:

“İsrailin yaxın vaxtlarda müstəqil şəkildə İrana qarşı hərbi əməliyyatlara başlaması ehtimalı son dərəcə aşağıdır. Belə vəziyyətlərdə İsrailin strategiyası ənənəvi olaraq ABŞ-ın mövqeyi və daha geniş regional kontekstlə sıx bağlı olur. Fars körfəzi müharibəsi zamanı yaranmış tarixi presedent bunu açıq şəkildə göstərir: hətta İraq İsrail ərazisinə zərbələr endirdiyi halda belə, Təl-Əviv beynəlxalq koalisiyanı dağıtmamaq və onu “sionistlərin maraqları naminə hərəkət etməkdə” ittiham etmək üçün əsas verməmək məqsədilə cavab addımlarından şüurlu şəkildə çəkinmişdi”.

Analitikin fikrincə, bu gün də oxşar məntiq qüvvədədir.

“Regionun bir çox dövlətləri, o cümlədən Fars körfəzi ölkələri obyektiv olaraq İran rejiminin zəiflədilməsində və ya transformasiyasında maraqlıdır. Lakin onların heç biri İranda mümkün dəyişikliklərin İsraillə birgə hərəkətlərin nəticəsi kimi təqdim olunmasını istəmir. Belə bir imic dərhal İran cəmiyyətini hakimiyyət ətrafında səfərbər edər və Tehrana güclü təbliğat arqumenti qazandırar”.

Bu şəraitdə İsrail böyük ehtimalla gözləmə və müdafiə xarakterli strategiyaya sadiq qalacaq:

“Hətta ABŞ tərəfindən daha aktiv addımlar atılacağı təqdirdə belə, ilkin mərhələdə İsrailin rolu, ehtimal ki, öz hava məkanının müdafiəsi və mümkün cavab zərbələrinə hazırlıqla məhdudlaşacaq.

Beləliklə, İsrail bütün güc ssenarilərinə hazır olmasına baxmayaraq, mövcud konfiqurasiyada ilk növbədə münaqişənin formal tətikçisi olmamaqda maraqlıdır. İranda hakimiyyət dəyişikliyi baş verərsə, İsrailin hərbi təşəbbüsünün nəticəsi kimi deyil, daxili proseslər və beynəlxalq təzyiqin məcmusu kimi görünməlidir”, - deyə U.Boçarov əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO