Sahibə Qafarova Estoniyaya getdi

Sahibə Qafarova Estoniyaya getdi

Hazırda oxunan: Sahibə Qafarova Estoniyaya getdi

58932

Fevralın 6-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Estoniya Respublikasına rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, nümayəndə heyətini Tallinn Lennart Meri hava limanında Estoniyanın Azərbaycandakı səfiri xanım Anneli Kolk, ölkəmizin Estoniyadakı səfiri Anar Məhərrəmov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin Estoniya Respublikasının prezidenti, parlamentin sədri və ölkənin digər rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO