Rusiyada atışma: Xəsarət alanlar var

Rusiyada atışma: Xəsarət alanlar var

Hazırda oxunan: Rusiyada atışma: Xəsarət alanlar var

58921

Rusiyanın Həştərxan vilayətində kafedə münaqişə zamanı 4 nəfər güllə yarası alıb.

Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti”yə Daxili İşlər Nazirliyinin region üzrə nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bazar günü Nərimanov rayonundakı xəstəxanadan polisə 4 nəfərin güllə yarası ilə gətirilməsi barədə məlumat verilib.

Hadisə yerinə əməliyyat-istintaq qrupu göndərilib.

Polis kafedə spirtli içki qəbul etmiş 7 yerli sakin arasında münaqişənin olduğunu müəyyənləşdirib.

"Dörd iştirakçı həyati təhlükəsi olmayan güllə yarası alıb", - Daxili İşlər Nazirliyinin sözçüsü bildirib. Zərərçəkənlərə tibbi yardım göstərilib.

Cinayət-axtarış şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. O özü də insident zamanı xəsarət alıb. Dava iştirakçılarından iki tapança götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO