II Yelizaveta xalqa müraciət etdi  - Növbəti kraliça kim olacaq?

II Yelizaveta xalqa müraciət etdi  - Növbəti kraliça kim olacaq?

Hazırda oxunan: II Yelizaveta xalqa müraciət etdi  - Növbəti kraliça kim olacaq?

58854

Böyük Britaniya Kraliçası II Yelizaveta taxta çıxmasının 70-ci ildönümü ərəfəsində göstərdiyi dəstəyə görə ictimaiyyətə və ailəsinə təşəkkür edib. 

Bizim.Media RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Bukingem Sarayı yayıb.

MÖVZU İLƏ BAĞLI:

Kraliça yubileyini tort kəsərək qeyd etdi - VİDEO


II Yelizaveta xatırladıb ki, 21-ci ad günündə o, Böyük Britaniyaya üz tutaraq belə demişdi:

“Hamınıza bəyan edirəm ki, bütün həyatımı (uzun və ya qısa) sizə xidmət etməyə həsr edəcəyəm”. 

O, "platin" yubileyinin qeyd olunduğu 2022-ci ilə "ümid və nikbinliklə baxdığını" deyib.

II Yelizaveta vurğulayıb ki, son 70 il özünü "qeyri-adi sosial, texnoloji və mədəni tərəqqi" ili kimi göstərib.

Kraliça əmin olduğunu ifadə edib ki, "gələcək də oxşar imkanlar yaranacaq", xüsusən də "Birləşmiş Krallıqda və Birlik ölkələrində yaşayan gənclər üçün".

O, həmçinin əri Şahzadə Filipin xatirəsini ehtiramla yad edib.

II Yelizaveta xalqa müraciətində daha sonra bunları deyib:

“Mənə göstərdiyiniz sədaqət və məhəbbətə görə həmişəlik minnətdaram və sizə borcluyam. Və bilirəm ki, oğlum Çarlz taxta çıxanda mənə verdiyiniz dəstəyi ona da verəcəksiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO