Gərginlik ARTIR - NATO Rusiya ilə sərhəddə bunkerlərin inşasına başladı – FOTO

Gərginlik ARTIR - NATO Rusiya ilə sərhəddə bunkerlərin inşasına başladı – FOTO

Hazırda oxunan: Gərginlik ARTIR - NATO Rusiya ilə sərhəddə bunkerlərin inşasına başladı – FOTO

585285

Estoniya ölkənin cənub-şərqində - Rusiya sərhəd xətti boyunca ilk beton bunkerlərin quraşdırılmasına başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Defense News” nəşri məlumat yayıb.
 

Estoniyanın Müdafiə İnvestisiyaları Mərkəzinin nümayəndəsi Krismar Rozinin bildirdiyinə görə, hazırkı həftə etibarilə yeddi bunker quraşdırılmağa hazır vəziyyətdədir.


İl sonunadək isə ümumilikdə 28 bunker yerləşdirilməsi planlaşdırılır.

Qeyd olunur ki, bu tikililər Avropa İttifaqı və NATO-nun şərq cinahının möhkəmləndirilməsi məqsədilə yaradılan 600 bunkerlik müdafiə şəbəkəsinin ilk xəttini təşkil edəcək.
 

Təxminən 35 kvadratmetr sahəyə malik olan bunkerlər 152 millimetrlik artilleriya mərmilərinin zərbəsinə davam gətirə biləcək şəkildə layihələndirilib.


Xatırladaq ki, bu qurğular Rusiyanın mümkün müdaxiləsinin qarşısını almağa yönəlmiş çoxsəviyyəli müdafiə sisteminin tərkib hissəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO