Ukrayna ordusu dekabrın 11-nə keçən gecə Rusiyanın Moskva vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, gecə ərzində Rusiyanın hava hücumundan müdafiə vasitələri region üzərində 40 PUA zərərsizləşdirib.
Həmin dronlardan 32-nin paytaxt istiqamətində uçduğu qeyd olunub.
Bununla yanaşı, gecə Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında uçuşlar dayandırılıb. Bakı vaxtı ilə təqribən saat 09:00-da aeroportların işi fəaliyyətini bərpa edib.
Dağıntı və xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.



Bizim.Media

- A-
- A
- A+
Dünya
09:54 / 11.12.2025
Moskvaya kütləvi dron hücumu – 4 hava limanında uçuşlar dayandırıldı - FOTO
Hazırda oxunan: Moskvaya kütləvi dron hücumu – 4 hava limanında uçuşlar dayandırıldı - FOTO
Hazırda oxunan: Moskvaya kütləvi dron hücumu – 4 hava limanında uçuşlar dayandırıldı - FOTO
584945
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































