Trampdan SEÇKİ TƏLƏBİ – Zelenskinin yerinə bu şəxs hazırlanır

Trampdan SEÇKİ TƏLƏBİ – Zelenskinin yerinə bu şəxs hazırlanır

Hazırda oxunan: Trampdan SEÇKİ TƏLƏBİ – Zelenskinin yerinə bu şəxs hazırlanır

584824

ABŞ prezidenti Donald Tramp növbəti dəfə Ukraynada seçkilər keçirməsinin zəruri olduğunu vurğulayıb. Ağ Ev sahibi həmçinin qeyd edib ki, Ukrayna seçkiləri keçirməmək üçün müharibədən bəhanə kimi istifadə edir.
 

Qeyd edək ki, bundan əvvəl də Tramp tərəfindən Ukraynada seçkilərin keçirilməsinin vacibliyi gündəmə gətirilmişdi. Zelenski isə Ukraynada seçkilərin keçirilməsi üçün əsas şərti səsləndirərək, deyib ki, atəşkəs olsa, seçkiləri keçirməyə hazırdır.


Görünən qədərilə, Tramp seçki məsələsindən Zelenskiyə təzyiq vasitəsi kimi istifadə edir.

Xüsusilə də, sülh planı ilə bağlı danışıqların uzanması və Kiyevin ilkin şərtlərlə razılaşmaması Trampı Kiyevə qarşı daha sərt addımlar atmağa sövq edir. Bütün bu proseslər fonunda əsas maraq doğuran məqam Zelenskinin gələcəyi ilə bağlıdır.

Görəsən, Zelenskini hansı aqibət gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Zelenski özü də hakimiyyətdə müvəqqəti persona olduğu və getməyə məhkum olduğunu başa düşür:

“Sadəcə o, müharibəni uzatmaqla özünün də siyasi həyatını uzadır. Amma bu keçərli deyil. Ukrayna Zelenskinin ucbatından daha çox itkilərə məruz qalacaq.
 

Rusiya qoşunları hücuma davam edir, 10-a yaxın istiqamətdə təşəbbüsü ələ keçirib. Ukrayna ordusunda isə panik əhval-ruhiyyə hökm sürür. Ön xətdəki döyüşçülər mövqelərini tərk edir.


Yəni onlar öz canlarının hayındadır. Bu hallar tədricən kütləviləşir. Deməli, atəşkəs olmasa Ukraynanın itkiləri daha böyük olacaq”.

Müsahibimiz qeyd edib ki, Rusiyanın üstünlüyünün daha böyük olmaması və özünün siyasi dividendləri üçün Trampa atəşkəs lazımdır:

“Zelenski də bu vəziyyətdə özü üçün vacib qənaətlər çıxarmalıdır. Onun hakimiyyətdə qalması özü üçün də böyük təhlükəyə çevrilir”.

Həmsöhbətimizin fikrincə, Zelenskinin yerinə Zalujnı hazırlanır:

“Ukraynanın Britaniyadakı səfiri Valeri Zalujnı bu istiqamətdə fəal görünür. O, Zelenskinin yerini tuta biləcəyini göstərir. Amma o da Londonun proyektidir. Zalujnı daha çox Londonun istəyinə uyğun olaraq müharibənin yeni şərtlərlə davam etməsinə “hə” deyəcək. Odur ki, belə vəziyyətdə Ukrayna ciddi dilemma qarşısındadır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO