ABŞ-da Zəngəzur dəhlizi müzakirə olundu

ABŞ-da Zəngəzur dəhlizi müzakirə olundu

Hazırda oxunan: ABŞ-da Zəngəzur dəhlizi müzakirə olundu

584634

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi Daniel Edvards ilə görüş keçirib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi strateji əhəmiyyəti, multimodal dəhlizlər və infrastruktur layihələri barədə ətraflı məlumat verilib.

Həmçinin Zəngəzur dəhlizinin açılması, TRIPP layihəsinin (Zəngəzur dəhlizi – red.) sürətləndirilməsi, Naxçıvan dəmir yolunun bərpası və modernləşdirilməsində ABŞ ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, aviasiya və dəniz nəqliyyatı daxil olmaqla nəqliyyatın digər sahələrində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO