“Atam Ukraynaya arxa çevirə bilər” - Trampın oğlu

“Atam Ukraynaya arxa çevirə bilər” - Trampın oğlu

Hazırda oxunan: “Atam Ukraynaya arxa çevirə bilər” - Trampın oğlu

584350

“ABŞ prezidenti Donald Tramp Ukraynaya arxa çevirə bilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Dohada keçirilən forum zamanı Ağ Ev rəhbərinin oğlu, kiçik Donald Tramp deyib.

“Atamın ən unikal cəhəti odur ki, onun nə edəcəyini heç vaxt bilmirsən. Onun gözlənilməzliyi hər kəsi ağıllı və səmimi olmağa məcbur edir", - deyə o qeyd edib.
 

Kiçik Tramp əlavə edib ki, Ukraynada korrupsiya uzun müddətdir mövcud olan problemdir və bu məsələ beynəlxalq tərəfdaşların narazılığına səbəb olur. Qeyd edək ki, “Bloomberg”in ötən gecə yaydığı xəbərə görə, Tramp Moskva ilə Kiyev arasında sülh razılaşması əldə edə bilməsə, ABŞ Ukrayna münaqişəsindən imtina edə bilər.


Ən pis ssenaridə Rusiyaya qarşı təzyiq azalacaq, Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsi dayandırılacaq və Amerika silahlarının istifadəsinə qadağa qoyulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO