NATO-nun Norveçin şimalındakı Andoya adasındakı aviabazasının komandiri texniki problemlərlə əlaqədar obyekti müvəqqəti bağlamaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə "Forsvarets forum" nəşri məlumat verib.
Komandir polkovnik-leytenant Oystein Dahlbergin sözlərinə görə, əsas səbəb uçuş-enmə zolağının vəziyyətidir. Uçuş-enmə zolağının məhdudlaşdırılması bazadan NATO-nun əsas təlimləri zamanı istifadə edilməsinə mane olur və bir çox digər müttəfiq fəaliyyətləri də qeyri-mümkündür.
"Beton səthindəki çatlar və torpaq eroziyası uçuşları qeyri-mümkün etdi", - Dahlberg deyib.
Komandir uçuş-enmə zolağının vəziyyətinin gözləniləndən daha pis olduğu qənaətinə gəlib və bu, bazanın bağlanmasında həlledici amil olub.
Bizim.Media

































































































