Slovakiya Prezidenti Peter Pelleqrini Ukraynanın "Mirotvorets" portalının bazasına daxil edilib.
Bizim.Media bu barədə "RİA Novosti" agentliyinə istinadən xəbər verir.
O, Rusiyaya dəstəyə yönəlmiş hərəkətlərdə ittiham olunur.
Slovakiya prezidenti daha əvvəl bəyan etmişdi ki, Kiyevin hərbi xərclərinin maliyyələşdirilməsi münaqişənin müddətini uzadacaq.
Qeyd edək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.
Bizim.Media

































































































