Gürcüstanın Marneuli rayonundakı 4 saylı rusdilli ictimai məktəbin direktoru vəzifəsini icra edən şəxs rüşvət üstündə saxlanılıb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi (DTX) Xidmətindən bildirilib.
Məlumata əsasən, azərbaycanlı qadın olan həmin şəxs sertifikatın verilməsi üçün tələb olunan imtahanlara görə vətəndaşdan 300 dollar rüşvət alıb.
Faktla bağlı cinayət işi açılıb. Bu əmələ görə 6 ildən 9 ilədək müddətə həbs cəzası nəzərdə tutulur.
DTX-nın yaydığı videogörüntülərdə soydaşımızın bir qadınla Azərbaycan dilində telefon danışığı və 300 ABŞ dolları həcmində rüşvət alması əksini tapıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:49 / 05.12.2025
Gürcüstanda azərbaycanlı qadın məktəb direktoru SAXLANILDI
Hazırda oxunan: Gürcüstanda azərbaycanlı qadın məktəb direktoru SAXLANILDI
Hazırda oxunan: Gürcüstanda azərbaycanlı qadın məktəb direktoru SAXLANILDI
584052
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































