Beynəlxalq “Pantone” Rəng İnstitutu 2026-cı ilin əsas rəngini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı rəsmi elan təşkilatın saytında dərc edilib.
Bildirilib ki, 2026-cı ilin əsas rəngi “cloud dancer” (“bulud rəqsi”) adlı mavi çalar olub .
Ekspertlərin fikrincə, bu seçim mövcud əhval-ruhiyyəni əks etdirir.
“Birinci mebel fabriki”nin baş direktoru və Rusiya mebel və ağac emalı sənayesi müəssisələri Assosiasiyasının prezidenti Aleksandr Şestakov bildirib ki, söhbət sadə ağ rəngdən yox, hava çalarından gedir. Bu çalar vizual və informasiya səs-küyündən uzaqlaşmaq və daxili dünyaya yönəlmək istəyini simvollaşdırır.
Ekspertlər yeni rəngin universal olduğunu vurğulayır. “Cloud dancer” vizual olaraq məkanı genişləndirə, işıq və hava əlavə edə və minimalizm, Skandinaviya stili, art-deko kimi müxtəlif stillərin əsası ola bilər.
Bu çalar geniş kombinasiyalara imkan yaradır. Onu sakit palitra ilə, məsələn, çöl rəngi, krem, boz və ya bu ilin trend rəngi olan “Mocha Mousse” rəngi ilə, eləcə də parlaq vurğularla, tünd yaşıl, tünd qırmızı, mavi və ya qrafit rəngləri ilə birləşdirmək olar.
Mütəxəssislər trend rəngin interyerdə əsasən vurğu elementləri vasitəsilə tətbiq etməyi tövsiyə edirlər.
Qeyd edək ki, Pantone İnstitutu ilin rəngini seçərkən ənənəvi olaraq qlobal əhval-ruhiyyəyə reaksiya verir.

Bizim.Media































































































