ABŞ prezidenti Donald Tramp 2026-cı il FIFA Dünya Kubokunun final mərhələsinin püşkatma mərasimində iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilib.
Dünya Kubokunun püşkatma mərasimi 5 dekabrda Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcək.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il FIFA Dünya Kubokuna tarixdə ilk dəfə 48 komanda qatılacaq.
Turnir 11 iyun - 19 iyul 2026-cı il tarixləri arasında keçiriləcək.
Bizim.Media






























































































