Cozef Bayden administrasiyası Birləşmiş Ştatların tarixində ən ciddi milli təhlükəsizlik böhranlarından birini yaradıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem danışıb.
Onun sözlərinə görə, 2021-2025-ci illərdə müxtəlif səbəblərdə Birləşmiş Ştatlara təxminən 100 min Əfqanıstan vətəndaşı gəlib.
"Bayden administrasiyası Əfqanıstandan qoşunları çıxarmaqla Amerika tarixinin ən ciddi milli təhlükəsizlik böhranlarından birini yaratdı. Bayden 100 minə yaxın Əfqanıstan vətəndaşını yoxlamadan, onların kimliyini və niyyətlərini müəyyən etmədən ölkəmizə buraxdı”, - deyə nazir vurğulayıb.
O əlavə edib ki, Prezident Donald Trampın prioritetlərindən biri əvvəlki administrasiyanın bu yanlış qərarlarının nəticələrini aradan qaldırmaqdır. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi hazırda ölkədəki bütün Əfqanıstan vətəndaşları haqqında məlumatları aktiv şəkildə yoxlayır.
Vaşinqtonun fikrincə, 2021-ci ildə qoşunlar çıxarıldıqdan sonra ABŞ-a gələn 5000-dən çox Əfqanıstan vətəndaşı ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhdid yarada bilər.
Bizim.Media


































































































