ABŞ-da əlverişsiz hava şəraiti fonunda ən azı 8 min aviareys ya ləngidilib, ya da ləğv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə ixtisaslaşmış FlightAware portalının məlumatlarını CBS News telekanalı yayıb.
Qeyd edilib ki, 30 noyabr tarixində 7 460 reys gecikib, daha 664 aviareysin uçuşu isə ləğv olunub.
Meteoroloqlar bir sıra ABŞ ştatlarında qar və soyuq hava şəraitinin yaxınlaşması barədə əvvəlcədən xəbərdarlıq etmişdilər.
CBS News qeyd edir ki, reyslərin ən çox gecikməsi və ləğvi Boston (Massaçusets), Detroit (Miçiqan), Minneapolis (Minnesota), Nyu-York və Çikaqo (İllinoys) hava limanlarında qeydə alınıb.
Bizim.Media





































































































