20 ölkə Britaniya ilə əlaqələri dayandırır

20 ölkə Britaniya ilə əlaqələri dayandırır

Hazırda oxunan: 20 ölkə Britaniya ilə əlaqələri dayandırır

5828

Dünyanın 20-dək ölkəsi, eləcə də azı 14 Avropa İttifaqı üzvü olan ölkə koronavirus infeksiyasının yeni mutasiyasının aşkar edilməsindən sonra Böyük Britaniya ilə nəqliyyat əlaqələrini dayandırmaq və ya məhdudlaşdırmaq qərarına gəlib.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni mutasiya Birləşmiş Krallıqda dekabrın ortalarında müəyyən edilib.

Britaniya ilə uçuşların dayandırıldığını ilk olaraq Niderland hakimiyyəti elan edib.

Ölkənin Səhiyyə Nazirliyi yeni növ koronavirus mutasiyasının (SARS-CoV-2) əvvəlki formadan daha tez yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Bildirilib ki, virusun bu ştammı orijinal versiyadan 70% daha çox yoluxucudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO