Çin Xalq Respublikasının Sədri Si Cinpin Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkəni toplantıda Çin Dövlət Şurasının baş naziri Li Çyan təmsil edəcək.
Bundan əvvəl sammitdə iştiraklarını ABŞ və Rusiya prezidentləri – Tramp və Putin də ləğv edib.
Beləliklə, G20 yaradıldığından bəri ilk dəfə üç ən böyük ölkə dövlət başçısı səviyyəsində sammitdə iştirak etməyəcək. Rusiyanı toplantıda Prezident Administrasiyası rəhbərinin müavini Oreşkin təmsil edəcək, ABŞ isə rəhbərlik səviyyəsində iştirak etməyəcək.
Qeyd edək ki, G20 və ya “Böyük iyirmilik” - tərkibinə 19 suveren dövlət, Avropa İttifaqı və Afrika İttifaqının daxil olduğu hökumətlərarası forumdur.
Bizim.Media



























































































