Tramp karantinə qarşı çıxdı

Tramp karantinə qarşı çıxdı

Hazırda oxunan: Tramp karantinə qarşı çıxdı

5764

ABŞ-ın hazırkı prezidenti Donald Tramp yeni koronavirus növü ilə əlaqədar olaraq ABŞ-da qapanmaların tətbiq olunmasına qarşı çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə D.Tramp öz "Twitter" səhifəsində yazıb.

ABŞ prezidenti öz səhifəsində Britaniyanın Baş naziri Boris Consonun pandemiya səbəbindən ölkənin bir çox bölgəsində maksimum məhdudiyyətlərin tətbiq edilməsi barədə elanı paylaşaraq şərh yazıb:

"Biz qapanmaları istəmirik. Problemin həlli problemin özündən pis ola bilməz".

Xatırladaq ki, Londonda və Böyük Britaniyanın bir sıra digər bölgələrində koronavirusun yayılması səbəbindən dördüncü səviyyəli məhdudiyyətlər tətbiq olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO