Çin Rusiyaya PUA üçün ehtiyat hissələrinin tədarükünü kəskin ARTIRDI

Çin Rusiyaya PUA üçün ehtiyat hissələrinin tədarükünü kəskin ARTIRDI

Hazırda oxunan: Çin Rusiyaya PUA üçün ehtiyat hissələrinin tədarükünü kəskin ARTIRDI

575232

Çin Rusiyaya pilotsuz uçuş aparatları (PUA) üçün nəzərdə tutulan ehtiyat hissələrinin tədarükünü kəskin şəkildə artırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.
 

Məqalədə bildirilir ki, son aylar ərzində Çinlə Rusiya arasında texnoloji malların dövriyyəsi kəskin artım göstərib. Xüsusilə, optik-lif (optik kabel) ixracı 10 dəfə artıb, yəni Rusiya indi əvvəllə müqayisədə bu məhsulu Çindən onqat daha çox alır. Bundan əlavə, litium-ion batareyalarının ixracında da əhəmiyyətli artım müşahidə olunur.


Ekspertlərin fikrincə, bu komponentlər — həm dron istehsalında, həm də hərbi sənayenin müxtəlif texniki sahələrində mühüm rol oynayır. Məsələn, optik-lif kabellər uzaq məsafədən idarə olunan sistemlərdə rabitə və naviqasiya üçün, litium-ion batareyalar isə PUA-ların və digər portativ hərbi cihazların enerji təminatında istifadə edilir.

Qəzet qeyd edir ki, Çin açıq şəkildə hərbi təchizatçı kimi çıxış etməsə də, “mülki təyinatlı məhsullar” adı altında Rusiya sənayesinə strateji əhəmiyyətli komponentlər göndərir.

Nəticədə, bu cür tədarüklər Rusiya hərbi sənayesinin dayanıqlığını artırır, Qərb ölkələrinin isə Çinlə ticarət əlaqələrinə daha sərt nəzarət tətbiq etməsinə səbəb olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO