Rusiya neft emalı zavodlarına edilən Ukrayna zərbələrinin nəticələrini ən azı gələn ilin ortalarına qədər hiss edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) “Bloomberg”ə istinadla yayılan yeni proqnozunda bildirilir.
BEA-nın məlumatına görə, Ukrayna pilotsuz uçuş aparatlarının hücumları nəticəsində Rusiyada neftin emal həcmi gündə təxminən yarım milyon barel azalıb. Nəticədə, ölkədə neft emalı göstəricisi 2026-cı ilin iyun ayına qədər gündə təxminən beş milyon barel səviyyəsində qalacaq. Yalnız bundan sonra tədricən bərpa gözlənilir — gündə təxminən 5,4 milyon barelə qədər.
Sentyabr ayında emal olunmuş yanacağın ixracı gündə cəmi 2,4 milyon barel təşkil edib. Bu, son on ilin ən aşağı göstəricisidir (pandemiya dövrü istisna olmaqla).
Analitiklərin fikrincə, Ukraynanın hədəflədiyi zavodlar Rusiya yanacaq sənayesinin əsas dayaqları idi, buna görə də zərbələrin təsiri uzunmüddətli olacaq. Enerji ekspertləri həmçinin qeyd edirlər ki, bu vəziyyət daxili bazarda benzin və dizel çatışmazlığını, qiymət artımını və ixrac məhdudiyyətlərinin uzadılmasını qaçılmaz hala gətirir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:39 / 14.10.2025
Rusiyada yanacaq böhranı PİK HƏDDƏ ÇATDI
Hazırda oxunan: Rusiyada yanacaq böhranı PİK HƏDDƏ ÇATDI
Hazırda oxunan: Rusiyada yanacaq böhranı PİK HƏDDƏ ÇATDI
575223
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.