Son zamanlar ChatGPT-də istifadəyə verilmiş Instant Checkout funksiyası ənənəvi marketplacelər üçün, o cümlədən Amazon üçün fundamental təhdid yarada bilər.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Məlum olduğu kimi, klassik marketplacelərin alqoritmləri məhsul xüsusiyyətlərinə əsaslanan axtarış sistemi ilə işləyir (“açar sözlər” üzrə). Lakin süni intellekt sorğuları axtarış formatının sərhədlərini aradan qaldırır və onu genişləndirməyə imkan verir. Məsələn, “35 yaşlı dost üçün evdə istifadə oluna biləcək, yaradıcı və ürəkdən bir hədiyyə, büdcə $100-dək” kimi mürəkkəb tələbləri ChatGPT təklif edə bilir, halbuki ənənəvi platformalar bunu hələ bacarmır.
Hazırda ChatGPT artıq Etsy ilə inteqrasiya edib və yaxın zamanda Shopify platformasında fəaliyyət göstərən 1 milyon satıcını da qoşmağı vəd edir.
OpenAI-nin analitik məlumatlarına görə, ChatGPT-də sorğuların 2,1%-i istehlakçı məhsullarının axtarışına yönəlib. Bu, həftədə 75+ milyon, ildə isə təxminən 4 milyard sorğu deməkdir. Hətta yalnız 2% konversiya (alınma ehtimalı) və orta hesabla $70 dəyərində sifariş götürülsə, ChatGPT-nin gəliri $5 milyardı keçəcək və artıq ilk ilində dünyanın ən böyük marketplacelərindən birinə çevriləcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:56 / 14.10.2025
Amazon erası sona çatır? - ChatGPT yeni marketplace hazırlayır
Hazırda oxunan: Amazon erası sona çatır? - ChatGPT yeni marketplace hazırlayır
Hazırda oxunan: Amazon erası sona çatır? - ChatGPT yeni marketplace hazırlayır
575185
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.