Qazaxıstanda Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri və onun müavini həbs edildi - FOTO

Qazaxıstanda Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri və onun müavini həbs edildi - FOTO

Hazırda oxunan: Qazaxıstanda Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri və onun müavini həbs edildi - FOTO

57335

Dövlətə xəyanətdə və hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlərdə şübhəli bilinən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədri Kərim Məsimov və onun müavini Anuar Sadıkulov nəzarətə götürülüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi  MTK-ya istinadən yayıb.

Yanvarın 8-də MTK keçmiş komitə sədri Məsimovu vətənə xəyanətdə şübhəli bilinərək həbs etdiyini elan edib. Yanvarın 13-də isə hakimiyyətin zorla ələ keçirilməsinə yönəlmiş hərəkətlər faktları üzrə iş üzrə istintaqın başlandığını bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstan parlamentinin yuxarı palatasından Nazarbayevlə bağlı QƏRAR


Məsimovla yanaşı, MTK sədrinin keçmiş müavinləri də saxlanılıb: “A” xüsusi təyinatlı xidmətinin rəisi Anuar Sadıkulov və Daulet Yerqojin.

"Məsimov K.K. və Sadıkulov A.T. barəsində həbs-qətimkan tədbiri seçilib. Yerqojin D.E. barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır". Komitə agentliyin sorğusuna belə cavab verib.

Bizim.Media
​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO