İran borcunu ödədi -  BMT-də səs hüququnu qaytardı

İran borcunu ödədi -  BMT-də səs hüququnu qaytardı

Hazırda oxunan: İran borcunu ödədi -  BMT-də səs hüququnu qaytardı

56773

İran Cənubi Koreya banklarında dondurulmuş aktivləri hesabına BMT-yə olan üzvlük haqqı borcunu ödəyərək təşkilatda səs hüququnu özünə qaytarıb.

Bizim.Media xəbər verir ki, bu barədə ISNA agentliyi İranın BMT yanında daimi nümayəndəsinə istinadla məlumat yayıb. 

BMT-də səs hüququ İrana bazar ertəsi günü qaytarılmalıdır.

Həmçinin Bloomberg agentliyinin məlumatına görə, Koreya Respublikası ABŞ-ın müraciəti əsasında bloklanmış aktivlərdən İranın 18 milyon dollar borcunu ödəyib.

Ödəniş cümə günü Amerika tərəfinin vasitəçiliyi ilə həyata keçirilib.

Xatırladaq ki, yanvarın 12-də Venesuela, İran, Sudan və bir sıra digər ölkələrin nümayəndə heyətləri üzvlük haqqı borcları səbəbindən BMT Baş Assambleyasında səs hüququndan məhrum edilmişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO