Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ona qarşı mümkün yeni sanksiyalardan “sağ” çıxa biləcəyinə əmin olduğunu bildirib və Qərb ölkələrini məhdudiyyətləri indidən tətbiq etməyə çağırıb.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, Daha əvvəl “Axios” portalının məlumatlı mənbələrdən əldə etdiyi informasiyaya görə, Zelenski bu yaxınlarda Kiyevə səfər etmiş ABŞ senatorlarını Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün Ukraynaya ehtimal edilən eskalasiyanı gözləməyə yox, indi məhdudiyyətlər tətbiq etməyə çağırıb.
"Doğrudur, çoxlu ehtiyatlara malik Rusiya sanksiyalara tab gətirə bilər. Ona görə də, siz hətta mühüm sanksiyalar tətbiq edəndən sonra belə Kreml “biz bunun öhdəsindən gələ bilərik” deyə bilər. Lakin bu doğru yanaşma deyil”, - deyə Zelenski bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya müdaxilə ediləcəyi təqdirdə, Rusiyanı bu günə qədər misli görülməmiş sanksiyaların tətbiqi ilə təhdid etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:06 / 21.01.2022
Zelenski: “Rusiya sanksiyalara tab gətirəcək”
Hazırda oxunan: Zelenski: “Rusiya sanksiyalara tab gətirəcək”
Hazırda oxunan: Zelenski: “Rusiya sanksiyalara tab gətirəcək”
56459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.