Koronavirusu yüngül keçirənlər dərmana “ÇEVRİLİR” – Alimlər yeni gen aşkarladı

Koronavirusu yüngül keçirənlər dərmana “ÇEVRİLİR” – Alimlər yeni gen aşkarladı

Hazırda oxunan: Koronavirusu yüngül keçirənlər dərmana “ÇEVRİLİR” – Alimlər yeni gen aşkarladı

55821

2019-cu ildən bəri dünyada 5,5 milyondan çox insanın ölümünə səbəb olan koronovirusu bəzi insanların daha yüngül keçirdiyini araşdıran elm adamları diqqətəlayiq və həyati əhəmiyyətli bir gen aşkar ediblər.

Bizim.Media xəbər verir ki, cəmiyyətdə tez-tez dilə gətirilən “Covid-19 testi müsbət çıxdı, lakin simptomlar çox yüngüldür” kimi eşitdiyimiz insanlarla bağlı yeni xüsusiyyət müəyyənləşib.

İsveçin Karolinska İnstitutunun alimləri Covid-19-un ötürülməsinə mane olan yeni genin - “doğum toxunulmazlığı”nın kəşf edildiyini açıqlayıb. Bu genin SARS-CoV-2 (COVID-19) virusunu məhv edəcək zülal istehsal etmək üçün bədənə məlumat göndərdiyi bəlli olub.

Mütəxəssislər genin əcdadlarının Afrikadan gələn hər 10 fərddən 8-də tapıldığını bildiriblər.

Covid-19 xəstəliyinin “doğum toxunulmazlığı” daşıyan insanlarda 20 faiz daha yüngül olduğu qeyd edilib. Alimlər genin virusa qarşı dərman hazırlamaqda kritik əhəmiyyəti olacağını qeyd ediblər.
İsveçdə aparılan və “Nature Genetics”də dərc edilən araşdırmada bu genin hər üç “ağ avropalı”dan birində mövcud olduğu vurğulanıb.

Tədqiqata rəhbərlik edən Makgill Universitetindən Brent Riçards, "Covid-19-a qarşı yeni dərmanlar hazırladıqca, genetik risk faktorlarını anlamağa başlayırıq" ifadəsini işlədib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO