Çavuşoğlu çinli həmkarı ilə uyğur türklərini müzakirə etdi

Çavuşoğlu çinli həmkarı ilə uyğur türklərini müzakirə etdi

Hazırda oxunan: Çavuşoğlu çinli həmkarı ilə uyğur türklərini müzakirə etdi

55042

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Çinli həmkarı Vanq Yi ilə bir sıra məsələləri, o cümlədən uyğur türklərinin durumunu müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirin “Tvitter” hesabında deyilir.

"Çinin xarici işlər naziri Vanq Yi ilə ikitərəfli münasibətlərimizi və regional məsələləri müzakirə etdik.

İqtisadi əməkdaşlıq imkanları qiymətləndirilib. Uyğur türkləri başda olmaqla gündəmimizdəki məsələlərlə bağlı fikirlərimizi, gözləntilərimizi və həssaslıqlarımızı çatdırdıq", - deyə M.Çavuşoğlu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO