Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri həbs edildi – SƏBƏB

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri həbs edildi – SƏBƏB

Hazırda oxunan: Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri həbs edildi – SƏBƏB

54780

Nur-Sultan İstintaq Məhkəməsi Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimovu 2 ay müddətinə həbs edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Orda” Telegram kanalı öz mənbəsinə istinadən məlumat yayıb.

Onun dövlətə xəyanətdə şübhəli bilindiyi aydınlaşdırılır. 

Qeyd edək ki, bir qədər əvvəl Məsimovun istefa verdikdən ertəsi gün saxlanıldığı bildirilib. Ölkədə mövcud qanunvericiliyə görə, Məsimov “dövlətə xəyanət” maddəsi ilə ittiham olunur.

Onu 10 ildən 15 ilədək həbs cəzası gözləyir (Qazaxıstan vətəndaşlığından məhrum edilməklə və ya edilməməklə).

Məsimov iki dəfə (2007-2012 və 2014-2016) Qazaxıstanın baş naziri olub. O, 2016-cı ildən respublikanın Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO