Putin: “Qondarma rəngli inqilablar ssenarisinin reallaşmasını əngəlləyəcəyik” - VİDEO

Putin: “Qondarma rəngli inqilablar ssenarisinin reallaşmasını əngəlləyəcəyik” - VİDEO

Hazırda oxunan: Putin: “Qondarma rəngli inqilablar ssenarisinin reallaşmasını əngəlləyəcəyik” - VİDEO

54642

“Öz funksiyalarını yerinə yetirdikdən sonra KTMT sülhməramlılarının bütün kontingenti mütləq Qazaxıstandan çıxarılacaq”.

Bizim.Media “Sputnik Qazaxıstan” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri KTMT-nin bu gün keçirilən onlayn sammitində Rusiya prezidenti Vladimir Putin səsləndirib. 

Onun sözlərinə görə, Qazaxıstanda fəaliyyət göstərən silahlılar xarici mərkəzlərdə təlim keçiblər və qaynar nöqtələrdə fəaliyyət göstərmək təcrübələri var.

Putin qeyd edib ki,  Qazaxıstanda baş verənlər dövlətlərimizin daxili işlərinə kənardan müdaxilə etmək üçün ilk və sonuncu cəhd deyil:

“KTMT-nin həyata keçirdiyi tədbirlər açıq şəkildə göstərdi ki, biz daxildə vəziyyətin çalxalanmasına imkan verməyəcəyik və qondarma rəngli inqilablar ssenarisinin reallaşmasını əngəlləyəcəyik”.

O, Qazaxıstan prezidentinin bu hadisəni cəsarətlə qəbul etdiyini və məsuliyyəti öz üzərinə götürdüyünü xüsusi vurğulayıb:

“Tokayev terrorçuları dəf etməklə cəmiyyəti, hüquq-mühafizə orqanlarını, vətəndaşları öz ətrafında birləşdirə bildi”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO