Qırğızıstan prezidenti Putinin iştirak etdiyi sammitə qatılmayacaq - SƏBƏB

Qırğızıstan prezidenti Putinin iştirak etdiyi sammitə qatılmayacaq - SƏBƏB

Hazırda oxunan: Qırğızıstan prezidenti Putinin iştirak etdiyi sammitə qatılmayacaq - SƏBƏB

54613

Qırğızıstan prezidenti Sadır Japarov qısamüddətli məzuniyyətə çıxıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı dövlət başçısının mətbuat xidməti bazar ertəsi RİA Novosti-yə bildirib.

"Qırğız Respublikasının Prezidenti Sadır Japarov yanvarın 10-dan qısamüddətli məzuniyyətə çıxıb", - mətbuat xidmətinin sözçüsü qeyd edib.

Onun sözlərinə görə, dövlət başçısı “ölkədə və regionda vəziyyətlə bağlı dolğun məlumat alır, Nazirlər Kabinetinin və digər dövlət orqanlarının rəhbərliyi ilə əlaqə saxlayır”.

Tətilə getmə səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçiriləcək. Bu sammitdə Qırğızıstanı baş nazir Akılbek Japarov təmsil edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO