Fransada COVID-19 infeksiyasına son sutkada 11 532 yeni yoluxma və 483 ölüm faktı qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat yayıb.
Ölkədə koronavirus qurbanlarının ümumi sayı 59 min 72-yə çatıb. Onlardan 40 653-ü xəstəxanalarda, 18 419-ü isə qocalar evlərində həyatını itirib.
Ümumilikdə ölkədə 2 391 447 nəfər koronavirusa yoluxub.
Bizim.Media