Serdar Kılıç və Ruben Rubinyan çox yaxın zamanlarda görüşəcək - Çavuşoğlu

Serdar Kılıç və Ruben Rubinyan çox yaxın zamanlarda görüşəcək - Çavuşoğlu

Hazırda oxunan: Serdar Kılıç və Ruben Rubinyan çox yaxın zamanlarda görüşəcək - Çavuşoğlu

0:00
0:00
51548

Türkiyə və Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan yaxın vaxtlarda görüşəcək.

Bizim.Media xəbər verir ki, bu açıqlamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu verib.

Xatırladaq ki, bundan əvvəl baş nazir Nikol Paşinyan Türkiyə ilə münasibətləri sabitləşdirmək niyyətində olduğunu, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə İrəvanla Ankara arasındakı təmaslarda Ermənistanın vasitəçilik üçün müraciət etdiyini təsdiqləyib.

Qeyd edək ki, Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç ABŞ-da səfir olub.

Ruben Rubinyan isə Ermənistan parlamentinin sədr müavini vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO