Bu ölkələr arasındakı 68 illik müharibə sona çatır? – RƏSMİ AÇIQLAMA OLACAQ

Bu ölkələr arasındakı 68 illik müharibə sona çatır? – RƏSMİ AÇIQLAMA OLACAQ

Hazırda oxunan: Bu ölkələr arasındakı 68 illik müharibə sona çatır? – RƏSMİ AÇIQLAMA OLACAQ

50387

Cənubi Koreya prezidenti Mun Çje İn bildirib ki, ölkəsi Şimali Koreya, Çin və ABŞ ilə birlikdə 1950-1953-cü illərdə baş verən Koreya müharibəsinin sona çatdığını elan etməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı BBC telekanalı yayıb.

"Biz danışıqların başlayacağına ümid edirik". Mun Çje İn belə deyib.

2021-ci ilin sentyabrında KXDR lideri Kim Çen Inın bacısı Kim Ye Conq qeyd edib ki, Pxenyan yalnız ABŞ-ın “düşmənçilik siyasətindən” əl çəkəcəyi təqdirdə dialoqa girəcək.

Xatırladaq ki, 1950-1953-cü illərdə davam edən Koreya müharibəsi sülh müqaviləsi ilə deyil, atəşkəslə başa çatıb. Texniki cəhətdən Şimali və Cənubi Koreya o vaxtdan bəri müharibə vəziyyətindədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO