“Evdə tək” filmindəki malikanə icarəyə verildi - Bir günlük

“Evdə tək” filmindəki malikanə icarəyə verildi - Bir günlük

Hazırda oxunan: “Evdə tək” filmindəki malikanə icarəyə verildi - Bir günlük

49803

Hollivudun “Evdə tək” komediyasının çəkildiyi malikanə Airbnb qısamüddətli kirayə xidməti vasitəsilə bir saatdan az müddətdə icarəyə verilib.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, yeniyetmə Kevin Makkallisterin təkbaşına oğrulardan özünü müdafiə etdiyi evdə icarə üçün iki otaq nəzərdə tutulub.

İcarə yalnız bir gün üçün (dekabrın 12-də) təklif edilib və qiyməti 25 dollar olub. Bir saat keçməmiş kimsə təklifdən yararlanıb.

"Bağışlayın, “Evdə tək” filmindəki otaqlar artıq bron edilib" elanda deyilir.

Xatırladaq ki, 1990-cı ildə ekranlara çıxan "Evdə tək" filmində baş rolu Makaley Kalkin oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO